Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Valyuta.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,41 ABŞ dolları və ya 0,54% artaraq 76,56 ABŞ dollarına bərabər olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.