AZ

Fidail Rəhimov gömrük qaydalarını pozdu

Nəsimi Rayon Məhkəməsində “Bakı Tikiş Evi” ASC-yə yazılan inzibati protokola baxılıb.

XALQ.AZ-ın xəbərinə görə, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərarla şirkət cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.Pravda.az

Qeyd: ASC-nin rəhbəri Fidail Rəhimovdur.

Seçilən
17
3
xalq.az

10Mənbələr