AZ

Hərbi texnikalar geri daşınır - Rus ordusu Suriyadan çıxır?

Suriyada Əsəd rejiminin çökməsi ilə Rusiyanın bazalarının statusu maraq doğurub.

Olaylar xarici mətbuata istinadla xəbər verir ki, Amerika texnologiya şirkəti Maxar Rusiyanın Suriyadakı bazalarına aid peyk fotolarını dərc edib. Fotolarda "Hmeymim" hava bazasında avadanlıqların sökülərək An-124 yük təyyarələrinə yükləndiyi görünür.

Qərb ekspertləri Suriyada Rusiya qüvvələrinin tədricən geri çəkilməyə başladığını, amma Moskvanın tamamilə Suriyadan çəkilib-çəkilməyəcəyinin hələ də qeyri-müəyyən olduğunu bildirirlər.

Peykdən əldə edilən başqa bir fotoda isə Ka-52 helikopteri və S-400 hava hücumundan müdafiə sisteminin sökülməsi gözlənilir.

Qeyd edək ki,  Rusiya ordusu 2015-ci ildə hərbi yardım sazişi imzaladıqdan sonra Suriyada rəsmi varlığa malikdir. Rusiya qüvvələri bundan sonra İŞİD-ə rejim əleyhinə olan qüvvələrə və hakimiyyəti ələ keçirməyə çalışan digər silahlı qruplara qarşı mübarizədə rejimi dəstəkləyib. Moskva rejim ordusunu iri miqyaslı silah-sursatla təmin etməklə yanaşı, 2015-ci ildə Suriyaya vaxtaşırı on minlərlə əsgər göndərib. Mütəxəssislərin fikrincə, bu gün ölkədə Rusiya Hərbi Hava Qüvvələrinin uçuş və texniki heyəti və Tartusda döyüş gəmilərinin ekipajları da daxil olmaqla, beş ilə on min arasında Rusiya hərbi qulluqçusu var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
1
olaylar.az

2Mənbələr