Bakı. Trend:
Azərbaycanda ayrı-ayrı iqtisadi rayonlar üzrə pensiyaçılarınsayı, eləcə də, ən yüksək və ən aşağı təyin olunmuş pensiyalarınorta aylıq məbləği məlum olub.
Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilinoktyabrın 1-i vəziyyətinə Azərbaycanda pensiyaçıların və orta aylıqpensiya məbləğinin ən çox olduğu yer Bakı şəhəridir.
Belə ki, qeyd olunan dövr ərzində Bakıda pensiyaçıların sayı 385505 nəfər, orta aylıq pensiya məbləği isə 675,07 manat olub.
Siyahıda ikinci pillədə 450,21 manat orta aylıq pensiya məbləğiilə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.
Naxçıvandan sonra ən yüksək pensiyanın verildiyi iqtisadirayonlar arasında Abşeron-Xızı iqtisadi rayonu (413,95 manat)üçüncü, Gəncə-Daşkəsən iqtisadi rayonu (400,07 manat) isədördüncüdür.
Siyahıda ilk beşliyi Şirvan-Salyan iqtisadi rayonu tutur. Beləki, sözügedən rayonda təyin olunmuş pensiyaların orta aylıq məbləği399,63 manatdır.
2024-cü il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar üzrəpensiyaçıların sayı və təyin olunmuş pensiyaların orta aylıqməbləğini təqdim edirik:
İqtisadi rayonlar | Pensiyaçıların sayı, nəfər | Təyin olunmuş pensiyaların orta aylıq məbləği, manat |
Bakı şəhəri | 385505 | 675,07 |
Naxçıvan Muxtar Respublikası | 46581 | 450,21 |
Abşeron-Xızı iqtisadi rayonu | 56115 | 413,95 |
Gəncə-Daşkəsən iqtisadi rayonu | 59779 | 400,07 |
Şirvan-Salyan iqtisadi rayonu | 45189 | 399,63 |
Şərqi Zəngəzur iqtisadi rayonu | 26557 | 395,24 |
Qazax-Tovuz iqtisadi rayonu | 65561 | 392,91 |
Quba-Xaçmaz iqtisadi rayonu | 48212 | 392,51 |
Dağlıq Şirvan iqtisadi rayonu | 31011 | 389,66 |
Mərkəzi Aran iqtisadi rayonu | 71813 | 389,12 |
Qarabağ iqtisadi rayonu | 63143 | 388,23 |
Mil-Muğan iqtisadi rayonu | 47560 | 385,74 |
Lənkəran-Astara iqtisadi rayonu | 86063 | 383,60 |
Şəki-Zaqatala iqtisadi rayonu | 65442 | 383,46 |
Qeyd edək ki, bu ilin oktyabrın 1-i vəziyyətinə Dövlət SosialMüdafiə Fondunda 1098,5 min nəfər pensiyaçı qeydiyyatda olub ki, buda ölkə əhalisinin 10,8 faizini təşkil edir. Onların 64,4 faiziyaşa, 23,3 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyəgörə pensiya alır. Təyin olunmuş pensiyaların orta aylıq məbləğiötən ilin müvafiq dövrü ilə müqayisədə 13,2 faiz, cari ilin əvvəliilə müqayisədə isə 11,9 faiz artaraq, 493,9 manat təşkil edib vəorta aylıq əməkhaqqının 49,7 faizinə bərabər olub.