AZ

Yalnış diaqnoza görə barmaqlarını itirdi - FOTO

Britaniya sakini Katrina Braun əzalarındakı şiddətli zəiflik və ağrılardan şikayət edərək həkimlərə müraciət edib, lakin ona səhv diaqnoz qoyulub, bu səbəbdən də sonda barmaqlarını itirib. 

Milli.Az xəbər verir ki, qadının hekayəsini "Manchester Evening News" nəşri dərc edib.

Brauna 21 yaşı olanda qan damarlarının daralmasına və əzalara kifayət qədər qan getməməsinə səbəb olan Raynaud xəstəliyi diaqnozu qoyulub. Zaman keçdikcə o, udmasında yaranan problemlər və oynaqlarında davamlı ağrı ilə bağlı problemlərdən şikayət edib.

5 il sonra ona skleroderma diaqnozu qoyulub

"Braun xəstəliyi ilə bağlı elmi məqalələri diqqətlə öyrənib və kök hüceyrə nəqlinin ona kömək edəcəyini kəşf edib. O, İngiltərə və ABŞ-dakı xəstəxanalara müraciət edib, lakin xəstəlik inkişaf etmiş mərhələdə olduğu üçün geri qaytarılıb.

Braun kök hüceyrə transplantasiyasına nail olub, bundan sonra xəstəlik səngiyib. Lakin əlindəki damarlar zədələndiyi üçün qadın barmaqlarını amputasiya etdirməli olub. Britaniyalı qadın onu da əlavə edib ki, keçdiyi bütün çətinliklərə baxmayaraq, sağ olduğuna və işləyə biləcəyinə sevinir. O, həmçinin ciddi xəstəlikləri olan insanları israrlı olmağa və özlərini müdafiə etməyə çağırıb. /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

phrase_var_article.chosen
35
2
milli.az

3phrase_var_article.sources