AZ

Cim Kerri "Maska" filminə qayıtmaq üçün yeganə şərtini açıqladı

Aktyor Cim Kerri 1994-cü il "Maska" komediyasının mümkün davamı barədə şərh verib.

seher.media bu barədə film.ru-ya istinadən xəbər verir.

Kerrinin sözlərinə görə, onun qayıtması üçün əsas şərt "düzgün ideya" olacaq.

"Bilirsiniz, bu, düzgün ideya olmalıdır. Əgər kimdəsə belə bir ideya olsaydı, düşünürəm ki... Məsələ pulda deyil... Heç vaxt dəqiq bilmirsən. Belə şeylərdə əmin olmaq olmaz", - deyə aktyor bildirib.

Xatırladaq ki, "Maska" filmi Norveç tanrısı Lokinin qədim maskasını tapan bank işçisi haqqında idi. Maska onu geyinəni şən və hər şeyə qadir triksterə çevirir, onun gizli arzularını yerinə yetirir. Filmdə həmçinin Kemeron Dias rol alıb. Filmin dünya gəliri 350 milyon dollar təşkil edib.

Seçilən
6
5
seher.media

6Mənbələr