AZ

Qubada 16 dərəcə şaxta var, qarın hündürlüyü 24 santimetrə çatıb

Image

Dekabrın 13-ü axşam saatlarından başlayaraq Quba, Qusar, Xızı və digər şimal rayonlarının ərazisinə qar yağır. Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, ən çox qar Qubanın Qudyalçay-Qımıl məntəqəsində qeydə alınıb. Burada qarın hündürlüyü 24 santimetrə çatır. Region üzrə ən aşağı temperatur Qubanın Qrız kəndində (-16) bu məntəqədə qeydə alınıb.

Qubanın rayon mərkəzində 7, Qrızda 10, Xaltanda 8, Qusarın rayon mərkəzində 10, Ləzə kəndində 12 santimetr qar var. Xızı rayonun Altıağac qəsəbəsində 10 santimetr qar, mənfi 9 dərəcə şaxta qeydə alınıb. Bölgəyə qar yağmaqda davam edir.

Mətləb Salahov





Seçilən
14
2
baki-xeber.com

3Mənbələr