AZ

“Azərbaycan turizmində yeni bazar açılıb” –Kənan Quluzadə

“Azərbaycan turizmində yeni bazar açılıb”.

Azpost.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib. Onun sözlərinə görə, Hindistandan gələn turistlərin sayı artıb.
K. Quluzadə bildirib ki, Cənubi Koreya və Çindən gələn turistlər üçün yeni imkanlar hazırlanır. Belə ki, viza rejimində dəyişiklik olunacaq.

Agentlik rəsmisi bildirib ki, turistlərin yerləşməsi və iaşə obyektləri 2 milyard 490 milyon manat əlavə dəyər yaradılıb. Bu isə ümumi daxili məhsulun 2.4 faizini təşkil edir.
Kənan Quluzadə daxili turist xərcləmələrini açıqlayıb. Bildirib ki, bu xərclər 4 milyarddan çoxdur. Bu da ötən il ilə müqayisədə 19 faiz artıb. Həmçinin gəlmə turizm xərcləri isə 44 faiz artıb.

phrase_var_article.chosen
43
azpost.info

1phrase_var_article.sources