AZ

Onu tapana 1 milyon dollar mükafat veriləcək

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2012-ci ildən itkin düşən amerikalı jurnalist Ostin Ticenin yaşlı versiyasının fotosunu paylaşaraq köməyə çağırıb.

"Cebheinfo.az" xəbər verir ki, açıqlamada onun hazırkı yaşının 43 olduğu və “Ostini ailəsinə qaytarmaqda qərarlıyıq. Ostinin təhlükəsiz qayıtmasına səbəb olan məlumat üçün 1 milyon dollara qədər mükafat təklif olunacaq" - deyə bildirilib. 

Qeyd edək ki, Ostin Tice 2012-ci il avqustun 14-də Suriya vətəndaş müharibəsini müstəqil jurnalist kimi işıqlandırarkən Dəməşq yaxınlığındakı keçid məntəqəsində yoxa çıxıb.

ABŞ Dövlət Departamenti 2022-ci ildə Ticeni xilas etmək üçün Suriya rəsmiləri ilə danışıqlar aparıb, lakin indiyədək amerikalı jurnalistin yeri və vəziyyəti ilə bağlı dəqiq məlumat əldə edilməyib.

Seçilən
37
cebheinfo.az

1Mənbələr