AZ

Elektromobil satışında növbətiREKORD

Qlobal elektromobil satışları noyabr ayında illik müqayisədə 32 faiz artaraq, ardıcıl üçüncü ay rekorda imza atıb.

Gundem.az  xəbər verir ki, bu barədə “Rho Motion” tədqiqat şirkətinin dərc etdiyi məlumatlarda qeyd olunub.

Ay ərzində ümumi elektromobil satışlarının demək olar ki, 70 faizi Çinin payına düşür və ölkənin satış artımında liderliyi davam edir. Avropada isə bir qədər azalma müşahidə olunur.

Çində artan tələbat və istehsal digər yerlərdə elektromobil bazarlarını təhdid etdiyi üçün bazar kritik dəyişikliklərə məruz qalır. Məsələn, Avropa ölkələri istehsal xərcləri, yeni karbon hədəfləri və artan rəqabətin öhdəsindən gəlmək üçün var gücü ilə mübarizə aparır.

Avropa və Amerikadakı avtomobil istehsalçıları bildirirlər ki, artan ticarət gərginliyi, CO2 emissiyalara dair tənzimləmə qaydaları və bəzi ölkələrdə stimullaşdırıcı tədbirlərin ləğvi qiymətlərə təsir edir və minlərlə iş yeri risk altında qalır.

Seçilən
6
7
gundem.az

10Mənbələr