AZ

“Söylədim ki, yalandan da olsa “səni sevirəm” de”

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva aktyorun vəfat etməzdən əvvəlki günlərindən danışıb.

Axşam.az xəbər verir ki, “Bakı gündəliyi” verilişində qonaq olan R.Nuriyeva ona ünvanlanan “Yaşar Nuri vəfatından bir az əvvəl sizə deyib ki, səndən yaxşısını tapmamışam, tapmayacağam da” sözlərinə belə reaksiya verib:

“Yaşar oturacaqda əyləşmişdi. Elə şərait yaradırdım ki, güya hər şey yaxşıdır. Rol oynayırdım. Aktyor və aktrisa olmadan rola girib o rolu oynamaq çox çətindir. Yaşarı qucaqlayıb dedim ki, yalandan da olsa məni sevdiyini söylə. Cavab verdi ki, bəsdir, ayıbdır. Onun səsi də çətin çıxırdı. Söylədim ki, sən bunu mənə deməsən əl çəkən deyiləm. O da sakitcə mənə “Hə” sözünü söylədi”.

Qeyd edək ki, Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.

DOĞRU.AZ

Seçilən
2
2
dogru.az

3Mənbələr