Bakı. Trend:
Fransanın paytaxtı Parisin ürəyində, Eyfel qülləsinin önündəyerləşən Trokadero - İnsan Hüquqları meydanında Bakı TəşəbbüsQrupunun təşkilatçılığı və fransız müstəmləkələrinin müstəqillikhərəkatlarının üzvlərinin iştirakı ilə “Dekolonizasiya gününə” (BMTBaş Assambleyası 14 dekabr 1960-cı ildə "Müstəmləkə ölkələrinə vəxalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" qəbul edib)həsr olunmuş etiraz aksiyası keçirilib.
Trend xəbər verir ki,aksiyada ”Kolonializmə son, azadlıq”, ”Azadlıq üçün mübarizə edək”,"Azad gələcək üçün birlikdə", "Dekolonizasiya indi başlayır",“Gəlin tarixi öz sözlərimizlə və öz mübarizəmizlə yenidən yazaq!”,"Torpaqlarımızı və tariximizi bizə geri ver!" kimi müxtəlif şüarlarsəsləndirilib.
Aksiyada Komor adalarını, Qvadalupeni, Fransa Polineziyasını,Reuniyonu, Yeni Kaledoniyanı, Sen Marteni, Korsikanı və Martinikanıtəmsil edən müstəqillik hərakatlarının nümayəndələri iştirakedib.
Aksiyaçılar 14 dekabr 1960-cı ildə BMT Baş Assambleyasıtərəfindən qəbul edilmiş 1514 nömrəli Qətnamənin yerinəyetirilməsi, eyni zamanda beynəlxalq ictimaiyyəti və təşkilatlarımüstəmləkələrdəki cari vəziyyətə adekvat reaksiya göstərməyəçağırış ediblər.