ARB24-də "Peşəkar mübahisə" proqramı efirdədir.
Musavat.com xəbər verir ki, “Mübahisə edən tərəflər”, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu və tanınmış politoloq Sahil İskəndərlidir. Verilişin aparıcısı isə tanınmış telejurnalist Çinarə Nurməmmədovadır.
Verilişdə region və subregionda baş verən hadisələr ətraflı təhlil olunur. Xüsusilə, Gürcüstanda keçirilən seçki, Azərbaycan-Ermənistan sülh prosesi və Suriyadakı hadisələrin ümumi regiona təsiri mövzusu müzakirə edilir. Hadisələrə peşəkar yanaşma və fərqli baxışlar tamaşaçılara təqdim olunur.
Musavat.com bu maraqlı və informativ verilişi izləməyi tövsiyə edir. İndi izləyin və regionda baş verən proseslər barədə daha çox məlumat əldə edin!
Musavat.com