AZ

Əsədin nazirinin İsrail agenti olduğu ortaya çıxdı- Suriyadakı İran mövqelərinin bombalanmasında əli olub...

Image

Suriyada Əsəd rejiminin süqutundan istifadə edən İsrail Qolan təpələri ilə başladığı işğalını genişləndirir. İndiyədək 500-dən çox hücumla Suriyanın hava və dəniz qüvvələrini hədəfə alan İsrail, pilotsuz uçuş aparatları, döyüş təyyarələri, hücum helikopterləri, radarlar, tanklar və təyyarə anqarları da daxil olmaqla bir çox silah sistemini sıradan çıxarıb.

İsrail ordusunun sözçüsü Aviçay Adraee bildirib ki, hücumlar nəticəsində Suriyanın hərbi imkanlarının 70 faizindən çoxu məhv edilib. Suriya donanmasına aid bazalar və döyüş gəmiləri də hədəfə alınıb.

Bu arada, İsrailin bu hücumları həyata keçirməsində keçmiş Suriya administrasiyasından birinin rolunun olduğu iddia edilir. “The Media Line” adlı saytda Suriyanın keçmiş müdafiə naziri general-leytenant Əli Mahmud Abbasın şifrəli mesajlaşma proqramları vasitəsilə İsrailə məlumat sızdırdığı iddia edilib.

Xəbərdə, “Musa” olaraq xarakterizə edilən İsrail agentinin Əsəd rejimi ilə əlaqə yaratdığı, Dəməşq və Hələb yaxınlığındakı İran mövqelərinə hücumları koordinasiya etdiyinə dair sənədlərin ortaya çıxdığı bildirilir. 

TAHİR





Seçilən
20
50
baki-xeber.com

10Mənbələr