AZ

Azərbaycan ağırlıqqaldıranı dünya ikincisi oldu

Azərbaycan idmançısı Dadaş Dadaşbəyli Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatında 109 kq çəki dərəcəsində ikinci olub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.

Atletimiz birdən qaldırma hərəkətində 183 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.

D.Dadaşbəyli təkanla qaldırma hərəkətində isə daha yaxşı çıxış edərək tarixi uğur qazanıb. O, 221 kq çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb.

D.Dadaşbəyli toplam 404 kq (183+221) nəticə ilə yekun sıralamada da 2-ci yeri tutaraq fəxri kürsüdə yer alıb.

O, ötən il Səudiyyə Ərəbistanında keçirilən dünya çempionatında bürünc medal qazanaraq 18 illik fasilədən sonra bu nəticəyə nail olan ilk azərbaycanlı ağırlıqqaldıran olmuşdu.

 

 

phrase_var_article.chosen
50
36
sitat.info

10phrase_var_article.sources