"Biz İranın regionda təhlükəli planını məğlubiyyətə uğratdıq".
Musavat.com xəbər verir ki, bu sözləri Suriyadakı “Heyət Tahrir əş-Şam” (HTŞ) ("Hərbi Əməliyyatlar İdarəsi") komandiri Əhməd əl-Şarə (Colani) deyib.
"Suriyada baş verənlər İranın bölgəni təhlükəli şəkildə təhdid edən yaramaz planı üzərində qələbə idi. Bizim iranlılarla problemimiz yoxdur və biz Tehrana yox, öz şəhərlərimizə qayıtdıq" , - deyə o, əlavə edib.
Musavat.com