Bakı. Trend:
Böyük Britaniya rəsmi olaraq Trans-Sakit Okean Tərəfdaşlığının(TPP) yeni üzvü olub. Bu, ölkənin regionun 11 ölkəsini birləşdirəniqtisadi ittifaqa qoşulan ilk Asiya-Sakit okean regionundan kənardövlət olması ilə tarixə düşüb.
Trend-in Yaponiyaictimai televiziyasına istinadən verdiyi məlumata görə, müvafiqprotokol dekabrın 15-dən qüvvəyə minib. TPP-nin tələblərinə uyğunbütün prosedurları tamamlayan Böyük Britaniya assosiasiyayaqoşulmaqla ticarət rüsumlarının azaldılması, malların, kapitalın vətexnologiyanın hərəkətinə dair prosedurların asanlaşdırılmasıimkanlarından yararlanacaq.
Yaponiyanın – TPP-nin ən böyük iqtisadiyyatının – fəal dəstəyiilə Böyük Britaniyanın ittifaqa üzv olması təmin edilib, baxmayaraqki, bu qərarla bağlı assosiasiya daxilində müəyyən müzakirələrolub.
Hazırda TPP-yə Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya,Meksika, Yeni Zelandiya, Peru, Sinqapur, Çili və Yaponiya daxildir.Bu saziş 2016-cı ildə ABŞ-ın iştirakı ilə imzalanmışdı, lakinDonald Tramp administrasiyası dövründə Vaşinqton TPP-dən çıxmışdı.TPP ölkələri dünya ÜDM-nin 15 faizinə və təxminən 580 milyon nəfərəhaliyə sahibdir.
Qeyd edək ki, Böyük Britaniya 1 fevral 2021-ci ildə TPP-yəqoşulmaq üçün müraciət edib. Hazırda Çin, Tayvan və Ukrayna da buassosiasiyaya üzv olmaq niyyətindədir.