AZ

Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Radmila Abılova danışıb.

Vəkilin sözlərinə görə, şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib və V.Xaçatryan barəsində bəraət hökmünün çıxarılmasını istəyir:

"V.Xaçatryanla noyabrın 24-də görüşdüm. Səhhəti ilə bağlı heç bir problem yoxdur. Ona bütün hüquqlarını izah etmişəm".

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Bizim.Media

Seçilən
742
3
bizim.media

10Mənbələr