AZ

Suriya rejiminin 2100 əsgəri İraqa qaçıb

İraqın Suriya sərhədində yerləşən Ənbar vilayətinin Rutba mahalının valisi İmət əl-Duleymi Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya ordusunun 2100 əsgərinin Rutbaya qaçdığını açıqlayıb.

“Sherg.az” xəbər verir ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rejim əsgərləri İraqa qaçmağa davam edir.

Sözügedən əsgərlərin vəziyyəti ilə bağlı məlumat verən əl-Duleymi, əsgərlərin Rutba mahalının 70 kilometrliyində yerləşən Marsanat hava limanına yerləşdirildiyini bildirib.

Qaçan əsgərlərin çadırlara sığındığını, bölgədə elektrik, su və istilik imkanlarının kifayət qədər olmadığını bildirən əl-Duleymi, qaçan əsgərlərin əksəriyyətinin ölkələrinə qayıtmaq istədiklərini bildirib.
Seçilən
26
19
sherg.az

10Mənbələr