Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Bəşər Əsəd rejiminin süqutundan sonra Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayını açıqlayıb.
Bu barədə nazir sosial şəbəkədə yazıb.
Yerlikaya Türkiyədən ölkəsinə qayıdan suriyalıların dekabrın 6-da 310, dekabrın 7-də 176 və dekabrın 8-də isə 240 nəfər olduğunu qeyd edib.
Nazir bildirib ki, dekabrın 9-da 1 259, dekabrın 10-da 1 669, dekabrın 11-də 1 293, dekabrın 12-də 1 553, dekabrın 13-də 1 847 suriyalı vətəninə qayıdıb.
Əsəd rejiminin devrilməsinin ardından ümumilikdə Türkiyədəki 8 min 347 suriyalı 9-13 dekabr tarixləri arasında ölkələrinə qayıdıb.