Rusiya "Volqaneft" tankeri Kerç boğazında qəza törədib.
Day.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, Kerç boğazında dalğalar iki gəmini yarıya bölüb - Volgoneft-212 və Volgoneft-239.
Fırtına şəraitində baş verən qəza nəticəsində 4 ton mazut daşıyan "Volqaneft" tankeri burun hissəsindən qopub, gəminin 15 nəfərlik heyəti isə arxa hissədə qalıb. Hadisə sahildən 8 km məsafədə baş verib.
Xəsarət alanlarla bağlı hələlik məlumat verilməyib, həmçinin mazutun dağılması barədə də heç bir məlumat yoxdur. Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən bildirilib ki, gəmi heyətinin köməyinə Rusiyanın FHN-nin Mi-8 helikopteri göndərilib.