Kerç boğazında fırtına səbəbindən iki neft tankeri zədələnib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, yük gəmilərindən biri quruya çıxıb. Gəminin batması nəticəsində neft sızması baş verib.
Məlumata görə, yüklə dolu olan "Volqoneft-212" və “Volqoneft-239” tankerləri sıradan çıxıb. Hadisə sahildən 8 kilometr aralıda baş verib.
“Rosmorrechflot” xəbər verir ki, hadisə nəticəsində neft sızması baş verib.
Xilasedicilər sahilə çıxan tankerdən 13 dənizçinin hamısını təxliyə ediblər, onlardan biri həyatını itirib.
Müəllif: Teleqraf.com