AZ

Azərbaycanın futzal millisinin üzvü: "Hazırlığımız yüksək səviyyədə davam edir"

Hazırlığımız yüksək səviyyədə davam edir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın futzal millisinin üzvü Nihad İsmayılov AVRO-2026-nın əsas mərhələsində İsveç millisi ilə oyuna hazırlıqlar haqqında danışarkən deyib.

O, Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında hər kəsin məsuliyyəti dərk etdiyini vurğulayıb:

“Hazırlığımız yüksək səviyyədə davam edir. Məşq prosesi elə qurulub ki, həm taktiki, həm də fiziki hazırlığı yaxşılaşdırmaq baxımından tapşırıqlar verilir. Bilirik ki, bizi vacib oyunlar gözləyir. Çalışırıq məşqdə daha çox tər tökək ki, oyunda bunun bəhrəsini görək. Hər kəs məsuliyyətini anlayır”.

Futzalçı İsveçin Yunanıstana qarşı keçirdiyi oyunu da izlədiklərini, rəqiblər haqda artıq müəyyən informasiyaya malik olduqlarını söyləyib:

“Yer aldğımız qrupda mübarizəyə start verilib. İsveç doğma meydanda Yunanıstanı qəbul edib. Komanda şəklində izlədiyimiz bu görüşün favoriti skandinavlar hesab edilsə də, yekun bir qədər gözlənilməz olub. Meydan sahibləri oyunun əksər hissəsini hücumda keçirsə də, yunanların əks-hücumlarının qarşısını ala bilməyib. İsveçin imkan tapdıqca uzaqdan qapı istiqamətinə zərbələr endirdiyinin şahidi olduq. Ümumiyyətlə, rəqibimizi məşqçilərimiz analiz edib, oyun zamanı nələrə diqqət edəcəyimizi də deyəcək. Özümüz də müəyyən nəticələr çıxarmışıq. Doğma meydanda oynayacağıq. İstəyimiz həm azarkeşlərimizi sevindirmək, həm də rəsmi oyunlara uğurlu nəticə ilə start verməkdir. Azarkeşlərimizə səslənirəm, gəlin oyunu canlı izləyin, uğura doğru birgə addımlayaq”.

Qeyd edək ki, dekabrın 17-də Bakı İdman Sarayında baş tutacaq Azərbaycan - İsveç matçı saat 20:00-da start götürəcək.

Seçilən
10
5
report.az

10Mənbələr