İsraillilər açıq şəkildə icazə verilən həddi keçiblər, bu da regionda əsassız eskalasiya riski yaradır.
Axar.az xəbər verir ki, bu sözləri Suriyada hakimiyyəti ələ keçirən “Heyət Təhrir əş-Şam” silahlı müxalifətinin lideri Əbu Məhəmməd Colani deyib.
Qeyd edək ki, İsrail Qolan təpələrindəki bufer-zonaya daxil olub və bir neçə km irəliləyərək, yeni istehkamlar qurub.