AZ

Suriyadakı Fələstin qruplaşmalarından silahsızlaşma tələb edilib

Suriyada hakimiyyətdə əsas söz sahibinə çevrilmiş Heyət Təhrir əş-Şam ölkədəki Fələstin qruplaşmalarından silahı yerə qoymağı, təlim düşərgələrini bağlamağı və hərbi birləşmələrini buraxmağı tələb edib.

APA-nın xəbərinə görə, bu barədə Livanın “Al-Akhbar” qəzeti məlumat yayıb.

Heyət Təhrir Əş-Şam bununla bağlı Dəməşqdə mənzil-qərargahları olan HƏMAS, İslami-Cihad və Fələstin Xalq Azadlığı Cəbhəsini məlumatlandırıb.

Seçilən
1
10
demokrat.az

10Mənbələr