AZ

Post-Əsəd dövrünə hazırlığa START VERİLDİ: Yeni Suriyanın ARXİTEKTORLARI – FOTO

“Dekabrın 12-də Türkiyənin, Qətərin kəşfiyyat rəisləri İbrahim Kalın və Xalfan əl-Kəəbin Dəməşqə səfər etmələri, orada keçirdikləri görüşlər kifayət qədər ciddi, mühüm mesajlarla yadda qaldı. Yaxın Şərqdə ciddi əhəmiyyətə və təsir gücünə malik hər iki ölkənin kəşfiyyat xidməti kimi strateji əhəmiyyətə malik vəzifə daşıyan hər iki rəsmisini əl-Qolani şəxsən öz maşınında Dəməşqin qədim Əməvi məscidinə gətirdi. İbrahim Kalın isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 12 il əvvəl səsləndirdiyi arzusunu yerinə yetirərək orada namaz qıldı. Bu səfərin fonun da isə, ABŞ dövlət katibi Antoni Blinken də Ankaraya səfər edərək prezident Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşdü. Bununla da Suriyanın yenidən şəkilləndirilməsi prosesinə, yəni post-Əsəd dövrünə hazırlığa start verildi”.

Medianews.az xəbər verir ki, bu barədə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirib.

O qeyd edib ki, Suriyanın həm siyasi, həm iqtisadi cəhətdən yenidən inşası prosesində Qətər və Türkiyə ön plandadır.

Post-Əsəd dövrünə hazırlığa START VERİLDİ: <span style=color:red>Yeni Suriyanın ARXİTEKTORLARI - FOTO

“Oğuz” rəhbərinin qənaətincə, Ankaranın təhlükəsizlik prioritetləri və Qətərin iqtisadi dəstəyi ilə yeni Suriya hökuməti regional inteqrasiyada mühüm irəliləyişlər əldə edə bilər: “Keçmişdəki qarşıdurmalar və etimadsızlıq bu prosesin qarşısında duran əsas maneələrdir. Realist və praqmatik yanaşma bu problemlərin aradan qaldırılmasında əsas olacaq. Suriyada on ildən çox davam edən vətəndaş müharibəsi ölkəni yalnız fiziki və iqtisadi baxımdan deyil, həm də regional siyasi baxımdan dərin böhran vəziyyətinə gətirib. Post-Əsəd dövründə Suriyanın bərpası və reinteqrasiyası yalnız daxili siyasi dəyişikliklərlə deyil, həm də regional güclərin, xüsusilə Qətər və Türkiyənin əməkdaşlığı ilə sıx bağlı olacaq. Bu iki ölkənin Suriyanın gələcəyinə təsiri, həm müharibə dövründəki mövqeləri, həm də onların regional siyasət və iqtisadi maraqları ilə müəyyən olunur. Həm Türkiyə, həm də Qətər Suriyanın siyasi sabitliyinin təmin edilməsini və ərazi bütövlüyünün qorunmasını dəstəkləyir. Post-Əsəd dövründə hər iki ölkə, daxili münaqişələrin sona çatmasını və ölkənin mərkəzləşdirilmiş bir hökumətlə idarə edilməsini istəyir, əsla Suriyanın parçalanmasında maraqlı deyillər. Bu, regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayacaq”.

Post-Əsəd dövrünə hazırlığa START VERİLDİ: <span style=color:red>Yeni Suriyanın ARXİTEKTORLARI - FOTO

V.Zifəroğlu vurğulayıb ki, həmm Türkiyə, həm də Qətər İslam dünyasında daha geniş əməkdaşlıq və dialoq təşəbbüslərinə önəm verir: “Post-Əsəd dövründə Suriyanın ərəb və müsəlman dünyasına yenidən inteqrasiyasında bu ölkələr strateji əhəmiyyətə malikdirlər. Qətər Suriyanın Ərəb Liqasına qayıdışını dəstəkləyə bilər və ərəb ölkələri ilə əlaqələrin bərpasında vasitəçilik rolunu oynaya bilər. Türkiyə isə hələ də Suriyanın şimalında mümkün PKK/YPG terroruna qarşı mübarizədə yeni hökümətə dəstək verəcək, eyni zamanda daha çox təhlükəsizlik və sərhəd məsələlərinə fokuslanaraq, yeni hökumətlə əməkdaşlıq edəcək. Digər məsələ geoiqtisadi məqamlarla bağlıdır. Qətər zəngin təbii qaz ehtiyatları sayəsində geniş maliyyə resurslarına malikdir. Suriyanın infrastrukturunun bərpası və iqtisadiyyatının dirçəldilməsi üçün Qətərin rolu əvəzsiz ola bilər. Türkiyə isə Suriyaya ticarət, logistika və infrastruktur sahələrində yardım göstərə bilər. Xüsusilə Türkiyə ilə Suriya arasındakı sərhəd bölgələrinin yenidən iqtisadi aktivliyə cəlb edilməsi hər iki tərəf üçün faydalı olacaq”.

Post-Əsəd dövrünə hazırlığa START VERİLDİ: <span style=color:red>Yeni Suriyanın ARXİTEKTORLARI - FOTO

“Oğuz” rəhbəri söyləyib ki, Qətərdən başlayaraq Səudiyyə Ərəbistanı, İordaniya və Suriyadan keçərək Türkiyəyə, oradan isə Avropaya çatacaq 1500 kilometr uzunluqda qaz kəmərinin çəkilməsi üçün artıq ciddi maneə yoxdur: “Bu layihə həm iqtisadi, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Hələ 2009-cu ildə Bəşər Əsədə Suriyadan keçəcək qaz kəməri layihəsi təklif olunmuşdu, lakin rejimlə müttəfiq münasibətlərdə olan Rusiya və İran faktoru bu planın həyata keçməsinə mane oldu. Şübhəsiz ki, hər iki, önəmli və kritik əhəmiyyətə malik bu diplomatik trafik müəyyən danışıqların getməsini, hətta mümkündür ki, bəzi razılaşmaların əldə edilməsindən xəbər verir. Diqqət edin: yenə də bu proseslər fonunda, Rusiyanın Suriyada baş verənlərə daha loyal və yumuşaq yanaşması, rəsmi Moskvanın nəzarətində olan media orqanları vasitəsi ilə ifadə olunmağa başladı. Buna paralel olaraq isə, əksinə İranın ali dini rəhbəri Ayətullah Xameneinin ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqladı. Yəni ortada mümkün razılaşmadan bu və ya başqa dərəcədə razı və narazı olanlar da var”.

Alpər TURAN

Seçilən
59
50
medianews.az

10Mənbələr