AZ

ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu Yaxın Şərqə gəlib

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Harri Truman" hərbi nüvə gəmisinin başçılıq etdiyi zərbə qrupu Yaxın Şərq, Mərkəzi Asiya və Şərqi Afrikanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki hesabında dərc olunan məlumatda bildirilir.

Məlumata görə, bölgəyə aviadaşıyan gəmi ilə yanaşı esmines eskadrilyası, ABŞ Hərbi Dəniz Qüvvələrinin "Ticonderoga" sinifli idarə olunan raket kreyseri və iki "Arleigh Burke" sinifli idarə olunan raket esminesi də gəlib.

"Zərbə qüvvəsi regional sabitliyi və təhlükəsizliyi təmin etmək üçün yerləşdirilib", - CENTCOM bildirib.

Bizim.Media

Seçilən
2
5
bizim.media

10Mənbələr