AZ

Braziliya prezidenti xəstəxanadan buraxılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Braziliya Prezidenti Luis İnasiu Lula da Silva dekabrın 10-da xəstəxanaya yerləşdirildikdən və beyin qanamasının qarşısını almaq üçün iki əməliyyat keçirdikdən sonra San-Pauludakı xəstəxanadan buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "G1" portalı məlumat yayıb.
Onu müalicə edən həkim bildirib ki, 79 yaşlı dövlət başçısı öz vəzifəsinə qayıda bilər.
Bununla belə, onun xarici səfərlər etməsi tövsiyə olunmur.
Qeyd edək ki, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva baş ağrısı səbəbindən müayinə üçün xəstəxanaya yerləşdirilib. MRT müayinəsi zamanı oktyabrın 19-da baş vermiş bədbəxt hadisə nəticəsində kəllədaxili qansızma aşkarlanıb.
Seçilən
7
4
oxu.az

10Mənbələr