AZ

Bir həftə əvvəl qəzaya düşən ANAMA əməkdaşı dünyasını dəyişdi

Dekabrın 9-da Füzuli rayonunun Arayatlı kəndi ərazisində qəzaya düşən Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1990-ci il təvəllüdlü Mustafa Qasımov vəfat edib. 

 

“Qafqazinfo” xəbər verir ki, M.Qasımov dekabrın 15-də xəstəxanada dünyasını dəyişib.

 

Vətən müharibəsi qazisi olan M.Qasımov Füzuli rayonunun Qazaxlar kəndində torpağa tapşırılıb.

 

Qeyd edək ki, hadisə nəticəsində Agentliyin əməkdaşları - 1995-ci il təvəllüdlü Salman Qəhrəmanov və 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdiriliblər. R. Bəylərzadənin vəziyyəti ağır qiymətləndirilir.

Seçilən
65
17
senzor.az

10Mənbələr