BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Suriyada 2,8 milyon insanı ərzaqla təmin etmək üçün növbəti altı ayda 250 milyon dollara ehtiyacı var.

İndex.az xəbər verir ki, bunu ÜƏP-nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korin Fleyşer deyib.

“Suriyalılar çətin an yaşayırlar. Bir çox müharibə və qaçqınların daxili yerdəyişməsindən sonra onlar sağ qalmaq üçün mübarizə aparırlar. Növbəti altı ayda 2,8 milyon insana ərzaq yardımı göstərmək üçün bizə 250 milyon dollar lazımdır”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Xatırladaq ki, noyabrın 27-də müxalif silahlı birləşmələrin hökumət qüvvələrinin mövqelərinə qarşı həyata keçirdiyi genişmiqyaslı hücum Suriya prezidenti Bəşər Əsədin devrilməsi və ölkədən Rusiyaya qaçması ilə nəticələnib.