AZ

Suriyanın valyutası dəyişir

Suriya müxalifət qrupları "Heyət Tahrir əş-Şam"ın (HTŞ) rəhbərliyi ilə keçirdikləri əməliyyatlar nəticəsində 61 illik Baas rejiminə son qoyub. 12 gün ərzində paytaxt Dəməşqə qədər irəliləyən qrupların uğurlu əməliyyatlarından sonra ölkəni tərk edən prezident Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb.

HTŞ lideri Məhəmməd əl-Colani ölkənin yeni idarəetmə planları barədə Alaraby TV-yə geniş açıqlama verib. O, məcburi hərbi xidmətin ləğv ediləcəyini, bütün silahlı qrupların buraxılacağını və silahların yalnız dövlətin nəzarətində olacağını bildirib.

İqtisadiyyatla bağlı Colani, mövcud pul vahidinin sabitliyinin təmin edilməsindən sonra yeni bir pul vahidinə keçid planlaşdırdıqlarını qeyd edib. O, həmçinin, dağıdılmış evlərin yenidən tikilməsi və bütün qaçqınların vətənə geri dönüşünün prioritet məsələlər olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
1
1
olaylar.az

2Mənbələr