AZ

Məhkəmə Qafar Dəmirçi ilə bağlı QƏRAR VERDİ

Şəkidə meşəlik ərazini kəsməklə təbiətə 8 milyonluq ziyan vurmaqda ittiham olunan “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçinin həbsindən seçilmiş həbs qətimkan tədbirin seçilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Demokrat.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Vəkili birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə verdiyi vəsatət təmin olunmayıb.

Qeyd edək ki, Qafar Dəmirçi barəsindəki 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qafar Dəmirçi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

İttihama görə, ittihama görə, onun rəhbərlik etdiyi “Monte Ferro” şirkəti Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Bu ittiham təsdiqini taparsa Dəmirçi 3 ildən 6 ilə kimi azadlıqdan məhrum edilə bilər.

Seçilən
15
50
demokrat.az

10Mənbələr