"Füyuzat”ın məlumatına görə, Dünya Dərgilər Birliyinin təşkilatçılığı ilə Taksim Cami Kültür və Sənət Mərkəzində baş tutan beynəlxalq səviyyəli sərgidə müxtəlif ölkələrdən dərgi və qəzetlər iştirak edir.
Həmişə olduğu kimi bu gün oxucular sərgini ziyarət edir, naşirlərlə görüşür, onları maraqlandıran suallara cavab tapırlar.
Azərbaycanı sərgidə təmsil edən "Füyuzat” və "İşıq” jurnallarına da qardaş ölkədə oxucular maraqla yanaşır.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir "Füyuzat” dərgisinin stendini ziyarət edib.