AZ

Yəmən sahillərində İsrailə aid gəmi qaçırıldı – Gəmidə 2 Türkiyə vətəndaşı var

ABŞ qüvvələri Ədən körfəzində gəmini ələ keçirməyə cəhd edən 5 nəfəri saxlayıb.Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü silahlı hücumçular İsrailə aid tankeri ələ keçirib, sonra ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilməzdən əvvəl onu Yəmən sahillərində tərk ediblər.ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ədən körfəzində ticarət gəmisini ələ keçirməyə cəhd edən 5 silahlı şəxsin ələ keçirildiyini açıqlayıb.CENTCOM sosial media hesabından verdiyi açıqlamada “M/V Central Park” adlı ticarət gəmisinin Ədən körfəzində dəniz quldurluğu ilə mübarizədə qüvvələrindən kömək istədiyini bildirib.Husilərin nəzarətində olan Yəməndən atılan iki ballistik raket Ədən körfəzində tankerə kömək edən ABŞ hərbi gəmisinin yaxınlığında yerə düşüb.Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti hücumda İranın dəstəklədiyi Husi üsyançılarını günahlandırsa da, paytaxt Səna üzərində nəzarəti ələ keçirən üsyançılar nə gəminin ələ keçirildiyini, nə də raket hücumunu öz üzərinə götürüblər.CENTCOM, müttəfiq qüvvələrin, o cümlədən “Arleigh Burke” sinifli “USS Mason” esminesinin yardım çağırışına cavab verdiyini və silahlı hücum edənlərdən tankeri buraxmağı tələb etdiyini bildirib.“Beş silahlı şəxs gəmidən düşüb kiçik qayıqları ilə qaçmağa cəhd göstərib, “USS Maso”n isə hücum edənləri təqib edib və nəticədə təslim olub”, – Mərkəzi Komandanlıq bildirib.Açıqlamada husilərin nəzarətindəki bölgələrdən “USS Mason” və “Central Park” gəmiləri istiqamətində 2 ballistik raketin atıldığı açıqlanıb və ballistik raketlərin gəmilərdən 10 mil uzaqlıqdakı Ədən körfəzinə düşdüyü bildirilib.Gəmini idarə edən “Zodiac Maritime” şirkəti fosfor turşusu daşıyan və Bolqarıstan, Gürcüstan, Hindistan, Filippin, Rusiya, Türkiyə və Vyetnamdan olan 22 dənizçidən ibarət gəminin ekipajının zərər çəkmədiyini bildirib. Gəmidə kapitanı və dördüncü kapitanı türk olan 22 çoxmillətli personalın təhlükəsizliyinin prioritet olduğu bildirilib.Londonda yerləşən “Zodiac Maritime” israilli milyarder Eyal Oferin “Zodiac Group”un bir hissəsidir.Gununsesi.info

Seçilən
636
gununsesi.info

1Mənbələr