Son zamanlar ABŞ başda olmaqla, Avropa İttifaqı və dünyanın nüfuzlu təşkilatları Azərbaycan hökumətini ölkədə insan haqlarının vəziyyətinə görə sərt tənqid edir.Bu proseslərə diqqət edəndə isə hakim partiyanın təmsilçilərinin susqunluğu nəzərə çarpır.Belə ki, ötən günlər ərzində Gununsesi.info olaraq, Azərbaycana qarşı təzyiqlərlə bağlı YAP-dan olan bir neçə deputatların mövqeyini öyrənməyə cəhd etsək də buna nail ola bilməmişik.Xüsusilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinidən söhbət gedir.Vaxtilə Milli Məclisin ən fəal deputatlarından biri olan Musa Musayev Gununsesi.info-ya mövzu ilə bağlı danışıb.Milli Məclisdə Yeni Azərbaycan Partiyasından 70 deputat olduğunu vurğulayan Musa Musayev onların susqunluğunu gördüyünü deyir:“Mən bəzən parlament iclaslarını dinləyirəm. Bu deputatlar mövqelərini və fikirlərini bildirmirlər.Uzun müddətdir ki, siyasətdəyəm və 2002-2005-ci illərdə də Milli Məclisin deputatı olmuşam.Siz də parlament müxbiri kimi şahid olmusuz ki, bu beş il ərzində fəal deputat kimi bütün məsələlərə daima öz münasibətimi bildirmişəm.Bir daha qeyd edirəm , əksər deputatların seyriçi mövqeyi var. Öz mövqeləri yoxdur. Sanki gözləyirlər ki, işlərin sonu necə olacaq?Əgər söhbət dövlətdən , dövlətçilikdən gedirsə xaricdən bizə hücumlar varsa, deputatın borcudur ki, Azərbaycanın mövqeyini müdafiə etsin. Zəif və gözləmə mövqeyində olan deputatları qınayıram”. ElmarGununsesi.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta