AZ

Şimali Koreya hərbçiləri 8 çeçen hərbçini öldürdü - Kəşfiyyat

Rusiyanın Kursk bölgəsində Ukraynaya qarşı vuruşan Şimali Koreya əsgərləri ilə çeçen əsgərləri arasında atışma baş verib.

Ölkə.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Şimali Koreya hərbçilərinin Kurs vilayətində döyüşən çeçen "Axmat" bölmələrinə “dost atəşi” açması nəticəsində 8 çeçen hərbçinin öldüyü bildirilir.

Hadisənin Rusiya və Şimali Koreya qoşunları arasında dil baryeri nəticəsində baş verdiyi qeyd edilib və bu maneənin cəbhədə çətinliklər yaratmağa davam etdiyi vurğulanıb.

Mürtəza
Ölkə.Az

Seçilən
25
olke.az

1Mənbələr