AZ

132 şikayətçisi olan “Moon Kids” uşaq bağçasının direktoru ev dustaqlığına buraxıldı

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəməsi başlayıb.

NOCOMMENT.azın məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, Bakı Apellyasiya Məhkəməsi Havvaxanım Rüstəmovanı zərəçəkənlərə dəymiş ziyanı istədiyinə görə ev dustaqlığına buraxıb.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda  ittiham olunur.

Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb. Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.

Seçilən
19
15
nocomment.az

10Mənbələr