AZ

Torpaqların kateqoriyasının dəyişdirilməsi üçün müraciət edən şəxs öz müraciətinin statusunu elektron qaydada izləyə biləcək

Torpaqların kateqoriyasının dəyişdirilməsi üçün müraciət edən şəxs öz müraciətinin statusunu elektron qaydada izləyə biləcək. 

FED.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidməti şöbə müdiri İlqar Həbiyev bu gün keçirilən Torpaq Məcəlləsinə edilmiş dəyişiklərlə bağlı brifinqdə deyib. 
O qeyd edib ki, əgər vətəndaş müraciətinə imtina alıbsa bu imtinanın əsaslandırılmasını göstəriləcək və vətəndaş görə biləcək nə üçün müraciətinə imtina alıb: "Vətəndaş bu imtinanın səbəbini gördükdən sonra o səbəbi aradan qaldıraraq yenidən müraciət edə bilər. Kateqoriya dəyişimi ilə bağlı heç bir rüsum tələb olunmur. Başqa xərclərdə yoxdur, elektron xidmətlər də dövlət hesabına keçirilir. Bütün tədbirlər şəffaflığın təmin edilməsi üçün həyata keçirilir." - deyə şöbə müdiri məlumat verib.

Seçilən
54
fed.az

1Mənbələr