AZ

Rüstəm Şahbazov: "Mühafizə zolaqlarına düşən tikililərlə bağlı işçi qrupu yaradılıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Kənd təsərrüfat təyinatlı və neft kontrakt ərazilərdə plansız, sənədsiz tikilən evlər barəsində məsələlərin tənzimlənməsi istiqamətində yeni qanun layihəsi hazırlanır".
Oxu.Az xəbər verir ki, bu sözləri Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə dair brifinqdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəis müavini Rüstəm Şahbazov deyib.
O bildirib ki, Bakı və Abşeron ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda və ya neft şirkəti kontrakt ərazilərdə yaşayış məqsədilə tikilmiş fərdi yaşayış evləri mövcuddur:
"Bununla əlaqədar olaraq ƏMDX-də işçi qrupu yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsindən olan işçi qrupu qanun layihəsinin üzərində işləyir.
Bütün qurumların plansız tikilən evlər və problemlər barədə fikirləri var. Sadəcə hüquqların qeydiyyatı məsələsi bu məsələni tam əhatə etmir.
Mühafizə zolaqlarına düşən, hansı ki, hüquqları tanına bilməyəcək tikililərin aqibəti ilə bağlı məsələlərin də həmin qanun layihəsində tənzimlənməsi üzərində işlər gedir".
Aygün Mirakif
Seçilən
12
oxu.az

1Mənbələr