AZ

Bakı sakinindən hədə-qorxu ilə 10 min manat tələb olundu

33 yaşlı Bakı şəhər sakini bir nəfərin ona hədə-qorxu gələrək 10 000 manat tələb etməsi barədə polisə müraciət edib.

 

Bu barədə DİN məlumat yayıb.

 

Xətai rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.

 

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix: 16 Dekabr 2024, 12:36   
Seçilən
5
9
pravda.az

10Mənbələr