AZ

"Latsio" ilə matç mənim üçün sıradan oyun ola bilməz" - Simeone İnzagi

"İnter"in baş məşqçisi Simone İnzagi "Latsio" ilə bu gün keçirəcəkləri oyun ərəfəsində matçın prinsipiallığından danışıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun sözlərini belə çatdırıb:

"Latsio" ilə matç mənim üçün heç vaxt sıradan oyun ola bilməz. Səhv etmirəmsə, onlarla 8-ci dəfə, "Olimpiko" stadionunda isə 4-cü dəfə qarşılaşırıq. 

Keçdiyim yolu, "Latsio"da qazandığım mükafatları, öncə oyunçu, daha sonra məşqçi kimi əldə etdiyim nailiyyətləri unutmuram. Bütün keçmiş komanda yoldaşlarıma, sabiq oyunçularıma təşəkkür edirəm. Həmişə Roma klubunun prezidenti Klaudio Lotito və idman direktoru İqli Tare barədə düşünürəm. Bəxtim gətirib ki, əvvəl "Latsio"nun, sonra isə "İnter"in baş məşqçisi olmuşam. Buna görə çox xoşbəxtəm. İşimi sevir və etdiklərimizlə qürur duyuram".

İnzagi 22 il "Latsio"nun sistemində olub. O, paytaxt komandasının heyətində 1 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun, 1 dəfə İtaliya Superkubokunun və 1 dəfə UEFA Superkubokunun qalibi olub. O, baş məşqçi qismində "Latsio"ya 2 dəfə İtaliya Kubokunu və İtaliya Superkubokunu qazandırıb.

Nihat

Seçilən
11
fanat.az

1Mənbələr