AZ

Suriyada PKK layihəsinin ləğvi: “Supergüclər Türkiyə ilə hesablaşmaq…”

Türkiyə ABŞ-ı Suriyada PKK terror təşkilatını məhv etmək niyyəti barədə məlumatlandırıb və Vaşinqtonun mövqeyinə yenidən baxacağına ümid edir.

Yerli mətbuatda yayılan məlumatlara görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

O vurğulayıb ki, nə Suriya xalqı, nə yeni Suriya rəhbərliyi, nə də Türkiyə PKK-nın Suriyada fəaliyyət göstərməsinə icazə verməyəcək.

“Bizim prioritetimiz PKK terror təşkilatını məhv etməkdir. Biz bunu amerikalı tərəfdaşlarımıza açıq şəkildə çatdırdıq. Onların mövqelərini yenidən nəzərdən keçirmələrini gözləyirik”.

Maraqlıdır, ABŞ PKK\YPG məsələsində güzəştə gedəcək? Məhz ABŞ da Rusiya və İran kimi Suriyada Türkiyə ilə hesablaşmalı olacaq?

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, bir sıra güc mərkəzləri Suriyada Türkiyə ilə hesablaşmaq məcburiyyətində olacaqlar. 

“Bundan sonra ABŞ, İsrail, Rusiya, İran və digər güc mərkəzləri Türkiyənin Suriyadakı maraqlarını bu və digər şəkildə nəzərə alacaqlar. Bu gün həm Türkiyə Suriya xalqının dəstəyi, həm də yeni Suriya hakimiyyəti ilə münasibətləri baxımından bölgədə əsas açar ölkədir. 

İstənilən güc mərkəzi Suriyada öz maraqlarını təmin etmək üçün mütləq şəkildə Türkiyə ilə hesablamalı və Ankara ilə dialoq aparmalıdır. 

Əsəd rejiminə son qoyulması, Rusiyanın Bəşər Əsəd üçün Türkiyədən zəmanət istəməsi, ABŞ-nin proseslərə müdaxilə etməməsi, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken və  NATO Baş katibi Mark Ruttenin Türkiyə XİN rəhbərliyi ilə danışıqlar aparması onu deməyə əsas verir ki, bütün məsələlər Türkiyə ilə koordinasiyalı şəkildə həll olunur. 

Türkiyə XİN rəhbəri Hakan Fidan bəyan edib ki, ABŞ ilə Suriyanın yeni hökuməti arasında münasibətlərin qurulmasında Ankara vasitəçilik etməyə hazırdır”. 

Politoluq vurğulayıb ki, ABŞ Türkiyənin PKK/YPG ilə bağlı ilə bağlı çağırışlarını nəzərə almaqdan başqa alternativi olmayacaq:

“ABŞ uzun illər ərzində PKK/YPG-yə bu və ya digər şəkildə dəstək göstərib. Türkiyə rəhbərliyi açıq şəkildə dəfələrlə bəyan edib ki, İŞİD-ə qarşı mübazidə YPG-yə ehtiyac yoxdur, Türkiyə Silahlı Qüvvələri İŞİD-lə rahatlıqla mübarizə aparmaq və bu terror təşkilatını tamamilə məhv etmək iqtidarındadır. 

Bundan sonra Suriyada YPG-nin hər hansı əraziyə nəzarət etməsinə və hər hansı terror aktı törətməsinə imkan verilməyəcək. Son bir həftə ərzində Türkiyə ordusu aktiv şəkildə hərbi əməliyyatlar həyata keçirərək PKK/YPG-nin mövqelərini darmadağın edib. Məhz ABŞ belə proseslərə müdaxilə etməyib.  

Əgər ABŞ Suriyanın yeni hakimiyyəti ilə münasibətlər qurmaq istəyirsə, mütləq şəkildə PKK/YPG-yə bütün dəstəyi dayandırmalıdır.

Bu, təkcə Türkiyə və Suriya üçün deyil, həmçinin ABŞ-nin regiondakı maraqları üçün lazımdır”. 

Seçilən
17
50
cebheinfo.az

10Mənbələr