AZ

Son 90 ilin ən güclü fırtınası Fransanı DAĞIDIR: "Minlərlə insan ölə bilər..."

Sürəti saatda 225 kilometrə çatan "Şido" qasırğası Fransanın Hind okeanı sahilindəki Mayotta bölgəsində ciddi dağıntılara səbəb olub. Səlahiyyətli şəxslərin təxminlərinə görə, dağıntılar nəticəsində yüzlərlə insanın ölməsi ehtimalı var. Lakin səhiyyə orqanları hələlik 14 nəfərin öldüyünü, 250 nəfərin yaralandığını bildirib.

 

Sfera.az xarici media qurumlarının məlumatlarına istinadən xəbər verir ki, Mayotta bölgəsindəki fırtına Fransada son 90 ildə qeydə alının ən dağıdıcı fırtınadır.

 

Bölgə qubernatoru ölənlərin sayının daha çox ola biləcəyini söyləyib. O, yerli mediaya bildirib ki, ölənlərin sayının yüzlərlə, bəlkə də minlərlə olacağı ehtimalı var..

 

Fransa prezidenti Emmanuel Makron sosial media hesabından Mayottadakı vəziyyəti yaxından izlədiyini açıqlayıb.

 

Qeyd edək ki, Mayotta Avropa Birliyinin ən yoxsul bölgəsi kimi tanınır və əhalisinin 77 faizi milli yoxsulluq həddinin altında yaşayır. Bu bölgə bir neçə adadan ibarətdir. Regionun adı da bu adalardan birinin adından götürülüb.

 

Vasif

Sfera.az

 

 

Seçilən
22
sfera.az

1Mənbələr