AZ

İbrahim Kalının Şam səfərində geyindiyi ayaqqabının qiyməti müzakirə yaratdı - FOTO

Bəşər Əsədin devrilməsindən sonra İbrahim Kalının Şam səfəri gündəm olub.

Milli.Az xəbər verir ki, Suriyada 61 illik BƏƏS rejimi müxalif qrupların 12 günlük hərbi əməliyyatlarının ardından devrilib. Bəşər Əsəd və ailəsi Rusiyaya qaçdıqdan sonra Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Şama ilk rəsmi səfərini həyata keçirib.

İbrahim Kalın səfər çərçivəsində məsciddə namaz qılıb. Onun məscidə gəlişi zamanı diqqətçəkən məqam isə avtomobilin sükanı arxasında Heyət Təhrir əş-Şam lideri Əbu Məhəmməd əl-Colaninin olması olub. Colaninin kostyum geyindiyi və avtomobili şəxsən idarə etdiyi bildirilib. Kalının səfəri zamanı yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Sosial mediada Kalının Şam səfəri ilə bağlı başqa bir detal geniş müzakirə olunub. Jurnalist Kemal Öztürkün paylaşdığı fotoda MİT rəhbərinin 3700 TL (təxminən 179 AZN) dəyərində, yerli istehsal olan ayaqqabı geyinməsi diqqət çəkib. İstifadəçilər ayaqqabının qiymətini məqbul hesab edərək, İbrahim Kalının sadə və təvazökar tərzini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, bu səfər həm Türkiyə-Suriya münasibətləri, həm də Suriya müxalifətinin gələcəyi baxımından əhəmiyyətli bir hadisə kimi qiymətləndirilir.

İslam
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
18
2
milli.az

3Mənbələr