AZ

Türkiyə bələdiyyəsi bitum satın alacaq

Bakı,TurkicWorld

Türkiyənin Trabzon bələdiyyəsi 3 min ton bitum alımı üzrə tender elan edib.

Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. İdarə alınacaq bitumun təslimat tarixini daha əvvəlcədən bildirəcəkdir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Türkiyə Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklər olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

- Tender təklifləri 17 yanvar 2025-cü il tarixinə qədər “Yalıncak Mahallesi Rize Caddesi No:10g 61030 Ortahisar/Trabzon” ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.

Seçilən
67
10
turkic.world

10Mənbələr