AZ

Azərbaycanın reallaşdırdığı enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır

Prezident İlham Əliyevin dərin strateji baxışı və diplomatik səyləri nəticəsində Avrasiyanın mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycanın reallaşdırdığı və qoşulduğu beynəlxalq enerji layihələri ölkəmizə siyasi və iqtisadi dividendlər qazandırır. Ölkəmiz regionda enerji və nəqliyyat sahələrində meqa investisiya layihələri həyata keçirir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, eyni zamanda, ölkəmizin yaşıl enerji mənbəyi kimi Avropanın aparıcı tərəfdaşlarından birinə çevrilməsi əsas hədəflər sırasındadır. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Saziş məhz bu məqsədlərə xidmət edir.

“Hökumət 2030-cu ilədək enerji balansında bərpaolunan enerji payının 30 faizə yüksəldilməsini planlaşdırır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib. Yaşıl keçid və bərpaolunan enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr, həmçinin ikitərəfli və çoxtərəfli sazişlər Hökumətin yaşıl gündəliyinin əsasını təşkil edir. Prezidentin tapşırıqlarına uyğun olaraq, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir”, - deyə Əli Əsədov əlavə edib.

AZƏRTAC

phrase_var_article.chosen
12
1
vergiler.az

2phrase_var_article.sources