AZ

Ermənistanın 2025-ci ildən gözləntiləri NƏDİR? - MÜNASİBƏT BİLDİRİLDİ

"Biz Ermənistanla münasibətdə həmişə bu regionun təhlükəsizliyini təmin etmək, sülhün bərqərar olunması istiqamətində regionun inkişafı naminə məntiq, konstruktiv və beynəlxalq normalar çərçivəsində çalışırıq və gözləyirik. Lakin buna baxmayaraq bu gündə Ermənistanın qeyri-konstruktiv münasibəti düşünürəm ki, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsindən irəli gəlir. Eyni zamanda havadarlar axtarışında olan Ermənistanın siyasəti havadarların tutduğu mövqe və bu regionda gedən proseslərə münasibətindən asılılığıdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.

Şair Ramaldanov sözlərinə belə davam edib: "Ermənistan böyük güc mərkəzlərinin region maraqlarında həmişə alovlana biləcək bir dövlətə çevrilib. 4 il bundan əvvəl Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra 1974 -1975 ci il xəritələrin keçmiş Sovet Respublikaların coğrafi sərhədlərinə çıxaraq şərti sərhəd kimi tərtib edilmişdir. Hətta Ermənistan əvvəl bununla razılaşaraq delimitasiya, demorkasiya məsələləri ilə bağlı komissiya yaranıb işə başladı və Qazax rayonunda bunun müsbət nəticələrini gördük. Prinsip cəhətdən Ermənistanın bundan sonra bu istiqamətdə inkişaf edəcəyini gözləyirdik. Sülh müqaviləsinin bağlanması ilə bağlı yaxın razılıqlara yol açılmışdı, ancaq bütün bunlara baxmayaraq Ermənistanın siyasəti həmişə olduğu kimi sülh müqaviləsinin bağlanmasında bir addım irəli iki addım geri prinsipi ilə yanaşır.

Azərbaycan isə sülh müqaviləsinin bağlanmasında beynəlxalq normalar çərçivəsində, ali tələblərə cavab verən real faktlara və gələcəkdə sülhü təmin edə biləcək şəkildə görür və sülh müqaviləsini sülh üçün bağlanması istiqamətində addımlar atır. Ermənistan əvvəl bəndlərlə, sonra isə faizlərlə razılaşmağı dedi. İndi isə iki müddəanın razılaşması barədə danışılır. Əgər bir dövlətin digər dövlətdə ərazi iddiası varsa orda sülh müqaviləsi bağlana bilməz.

O ki qaldı bizim Ermənistandan gözləntilərimiz nədir? Bizim regiona dünyada gedən proseslər çox ciddi təsir edir. Əlbətdə böyük ölkələrin müasir, geosiyasi arenada dünya coğrafiyası öz maraqlarına uyğun bölüşdürülməsinin və son zamanlar yaxın Şərqdə, Suriyada, Ukraynada baş verən hadisələr bundan xəbər verir, hətta bunun davamıda gözlənilir. Bunlar hamısı böyük gücə malik ölkələrin kiçik dövlətlərin siyasətini istədikləri kimi idarə etmək arzusudur. O ki qaldı bizim regionda bu rolu Ermənistan oynayır. Təbii ki regionun inkişafına, çiçəklənməsinə və logistik orta dəhliz yolu sayılan Zəngəzur xəttinin gecikdirilməsi əlbəttə bu gün Ermənistanın vəziyyəti gərginləşdirməsinə yönəlmiş təhlükəli qeyri- stabil siyasəti nəticəsində olur.

Düşünürəm ki, cənab Prezident İlham Əliyev 2025 – ci ilədək Ermənistanla münasibətləri beynəlxalq norma çərçivəsində və Azərbaycanın maraqlarına uyğun olaraq sülh istiqamətində sülh müqaviləsinin bağlanması və Şuşa bəyannaməsində hər üç ölkənin öhdəlik götürdüyü bəndlərin həyata keçirilməsinə yönəldəcək".

Ayşən Vəli

Seçilən
15
sia.az

1Mənbələr