AZ

Emin Əmrullayev: "Azərbaycan məktəbi" təhsilimiz üçün mühüm platformadır"

Azərbaycanda təhsil sistemi ölkəmizin istənilən sahəsi kimi islahat yolu keçməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev "Azərbaycan məkəbi" jurnalının 100 illiyi ilə bağlı təşkil edilmiş tədbirdə çıxışı zamanı deyib.

Nazir tədbirdə jurnalın Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını və təhsil sahəsindəki töhfələrini yüksək qiymətləndirib. O, bildirib ki, “Azərbaycan məktəbi” jurnalı artıq yüz illik fəaliyyətində elmi və pedaqoji araşdırmaların işıqlandırılmasında, tədris və metodik yeniliklərin yayılmasında mühüm platforma olub.

Emin Əmrullayev qeyd edib ki, jurnalın nəşr etdiyi məqalələr yalnız Azərbaycanda deyil, həm də beynəlxalq səviyyədə təhsil sahəsinin inkişafına əhəmiyyətli töhfələr verib. O, “Azərbaycan məktəbi” jurnalının keçmişdəki uğurlarını qiymətləndirərək, jurnalın gələcəkdə də təhsil siyasətimizin təkmilləşdirilməsində, müəllimlərin peşəkar inkişafında və tədris prosesindəki yeniliklərin genişləndirilməsində vacib bir resurs olacağına inandığını bildirib.

Nazir jurnalın 100 illik yubileyinin təhsil sahəsində əldə olunan nailiyyətləri təhlil etmək və qarşıdakı çağırışları nəzərdən keçirmək üçün əhəmiyyətli bir fürsət olduğunu vurğulayıb. O, jurnalın bu uzun müddət ərzində Azərbaycan təhsilinə verdiyi töhfələrin daha da artırılacağına əmin olduğunu əlavə edib.

Sonda Emin Əmrullayev “Azərbaycan məktəbi” jurnalının əməkdaşlarını təbrik edib və onların təhsil sahəsinə verdiyi əvəzsiz töhfələri yüksək qiymətləndirib.

Əli Hüseynov

Seçilən
13
bakivaxti.az

1Mənbələr