AZ

Ukrayna Rusiya cəbhəsində vuruşan onlarla Şimali Koreya əsgərini öldürdü

Ukrayna Rusiyanın Kursk bölgəsində 30 Şimali Koreya əsgərini öldürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.
 
Belə ki, nazirlikdən bildirilib ki, Rusiyanın Kursk vilayətinin Plexovo, Vorojba və Martınovka kəndləri yaxınlığında azı 30 Şimali Koreya əsgəri öldürülüb və xeyli hissəsi yaralanıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreya əsgərlərinin cəbhə xəttinin digər hissələrində də istifadə oluna biləcəyini eşitdiyini və bu bölgələrdə itkilərin çox olacağını vurğulamışdı.
 
Mikayıl
Seçilən
79
50
azxeber.com

10Mənbələr