Thailand polisi Banqko küçələrində dilənçiliklə məşğul olan qadını saxlayıb və onun böyük sərvət sahibi olduğunu aşkar edib.
NOCOMMENT.az Lent.az-a istinadən xəbər verir ki, şəhərin çoxlu sayda dilənçi və evsiz insanlarla dolu olması ilə bağlı şikayətlərdən sonra hüquq-mühafizə orqanlarının rayonlarda reydi keçirilib.
Əməliyyat zamanı aralarında bir qadın olan 12 nəfər saxlanılıb, axtarış zamanı orada 311 min bat (9 min dollardan çox) nağd pul aşkar edilib. Bundan əlavə, onun bank hesabında bir milyon bat (29 min dollardan çox) olub.
Saxlanılan şəxs sorğu-sual zamanı bildirib ki, o, bütün bu pulları Bankkok küçəsində dilənçiliklə toplayıb.